Bakının Nəsimi rayonunda vətəndaşda narkotik aşkarlanıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş Məmməd Vəliyev saxlanılıb.
Baxış zamanı ondan 1 kiloqram 950 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.