Nəsimi rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində qeydə alınıb. “Chevrolet” markalı nəqliyyat vasitəsi gözləmədən əsas yola daxil olan zaman “Toyota” və “Honda” markalı maşınlara çarpılıb. Nəticədə 1 nəfər xəsarət alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_122843" align="alignnone" width="640"]
Foto APA.az[/caption]