Nəsimi rayonunda küçə və prospektlərdə təmir işləri aparılıb. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan abadlıq işləri çərçivəsində küçə və prospektlərdə istinad divarlarında və səkilərdə təmir işləri aparılıb. Yararsız vəziyyətdə olan binaların divarları rənglənib, eyni zamanda ərazidə ehtiyac olan yerlərdə kiçik tullantılar üçün qutular qoyulub.
Rayonun ayrı-ayrı ərazilərində təmir-quruculuq işləri davam edir.
[caption id="attachment_123790" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]