Nəsimi rayonunda aptek yanıb. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 50 kv.m olan obyektdə qeydə alınıb. Nəticədə içərisində taxtadan olan rəf 4 kv.m sahədə, eləcə də kompüter avadanlıqları və 3 kv.m sahədə tibbi ləvazimatlar yanıb. Obyektin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.