Bakının Nəsimi rayonunda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına xəsarət yetirilib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə ötən gün M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində, 7 saylı binanın 13-cü mənzilində qeydə alınıb. Qurumun əməkdaşları texniki baxış keçirən zaman evin sahibi Zahidxan Məmmədov icazə versə də, onun oğlu əməkdaşlara qarşı fiziki güc tətbiq edib. Nəticədə əməkdaş Adil Aslanov sağ ayaq barmağının sınığı ilə xəstəxanaya yerləşdirilib. Hazırda o, evdə müalicəsini davam etdirir.
Əməli törədən şəxs polis əməkdaşları tərəfindən bölməyə aparılıb. Araşdırmalar davam edir.