Nəsimi rayonunda binaların fasadı təmir olunur. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Abadlıq işləri Alı Mustafayev küçəsi, 1 ünvanında aparılır. Yenidənqurma işləri çərçivəsində yaşayış binasının fasadında təmirə başlanılıb. Belə ki, fasadda alkapon materialdan olan üzlüklər sökülərək, bina yeni görkəmə gətiriləcək.
Abadlıq-quruculuq işləri rayonun ayrı-ayrı ünvanlarında aparılmaqda davam edir.