Bakının Nəsimi rayonunda dələduzluqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, paytaxt sakini olan bir qadının qızıl-zinət əşyaları dələduzluq yolu ilə alınıb.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən S.Ağazadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.