Nəsimi rayonunda yaşayış binası yanıb. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ikimərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 27 kv.m olan mənzilin mətbəxi 12 kv.m sahədə yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib. 2 nəfər təxliyə edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.