Bakının Nəsimi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Lexus” markalı avtomobilin mühərrik hissəsi və salonu qismən yanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.