Nəsimi rayonunda asfaltlama işləri gedir. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yararsız vəziyyətə düşmüş bina həyətlərinin, eyni zamanda məhəllədaxili yolların asfaltlanması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri işləri aparılır.
Hazırda rayonun müxtəlif ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.
[caption id="attachment_129657" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]