Nəsimi rayonunda gənc motosikletçi qəzaya düşüb. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
21 yaşlı Hacımurad Hüseynov motosikletlə hərəkətdə olan zaman qarşıdan gələn avtomobillə toqquşub. Nəticədə H.Hüseynov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.