Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, bir qadının içərisində 2000 ABŞ dolları olan çantası oğurlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.