Nəsimi rayonunda yerləşən 4 mərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 350 kv.m olan quru təmizləmə mərkəzində qeydə alınıb. Nəticədə 2 ədəd paltaryuyan maşın, ətrafında 5 kv.m sahədə yığılan paltarlar və kommunikasiya xətlərinin üzərinə çəkilən şüşə-pambıq üzlüyü 10 kv.m sahədə yanıb. Nəticədə 5 nəfər bina sakini təxliyə edilib. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.