Nəsimi rayonunda yerləşən yaşayış evində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 65 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 1 otağı 16 kv.m sahədə və içərisindəki ev əşyaları yanıb. Tikilinin digər hissələri və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.