Nəsimi rayonunda ikimərtəbəli yaşayış binası yanıb. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 27 kv.m olan birotaqlı mənzilin mətbəxində qeydə alınıb. Nəticədə ev əşyaları 12 kv.m sahədə yanıb, 2 nəfər bina sakini təxliyə edilib. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.