Bakının Səbail rayonunda, Bibiheybət qəsəbəsində yerləşən restoranda yanğın baş verib. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yanğın ötən axşam restoranın dam hissəsində baş verib. Bildirilir ki, restoranının tüstü bacasında ani alışmanın baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/07/video_2023-07-10_09-37-28_1.mp4"][/video]