Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində iki evdən oğurluq edilib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, müxtəlif vaxtlarda ərazidə yerləşən 2 evdən kombi aparatı, 3700 manat dəyərində məişət əşyaları və tikinti materialları oğurlanıb.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Həsən Bünyətov saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.