Sabunçu rayonunda batan şəxsin meyiti tapılıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Nardaran qəsəbəsi, dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqriban 5 km aralıda, nəzarətsiz ərazidə baş verib. Batan 1 nəfər şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.