Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində batma təhlükəsi ilə üzləşən iki kişi xilas olunub. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Xilasetmə əməliyyatı zamanı dənizdə hava şarı üzərində batan paytaxt sakinləri - 28 yaşlı A.Axmedov və 24 yaşlı E.Xələfov dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıblar.