Sabunçu rayonu, Nardaran qəsəbəsində atmosferi çirkləndirən müəssisə cərimələnib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Nardaran Daş Karxanası”nda aparılan yoxlama zamanı müəssisənin atmosferə toz hissəciklərinin normadan artıq atılması aşkarlanıb.
Bununla bağlı müəssisə barəsində protokol tərtib olunub və şirkət cərimələnib.