Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polisə verilən məlumata əsasən, noyabrın 15-də ərazidə yerləşən evlərin birində həyətdən 5000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mirəhəd Qasımov və Qazax rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Amil Yolçuyev saxlanılıblar.
Hazırda araşdırmalar aparılır.