Sabunçu rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Nardaran qəsəbəsində baş verib. 58 yaşlı Rafiq Ələkbərov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Yaralı Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.