Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin və psixotrop maddələrin satışında ittiham olunan şəxsə hökm oxunub. Bu haqda 8 oktyabr tarixində Report xəbər verib.
39 yaşlı Elməddin Əzizov 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəməyə hakim Əhməd Quliyev sədrlik edib. Onun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E.Əzizovun Xətai rayonunda kirayədə qaldığı evə baxış zamanı əlavə 24 kiloqram 885 qram heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur.