Bakının Nizami rayonunda paytaxt sakininin telefonunu quldurluq yolu ilə talayan qadın saxlanılıb. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.