Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 70 ünvanında “Azəriqaz” İB-nin növbəti açıq mikrofonu keçiriləcək. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Aksiya 1941-1945-ci illərdə həlak olanların Xatirə Memorial Kompleksinin yerləşdiyi parkda 28 aprel saat 11:00-da baş tutacaq. Tədbir 13:00-a qədər davam edəcək.
Tədbirdə yerli sakinlər və sahibkarlar öz təklif və şikayətlərini təqdim edə biləcəklər.