Paytaxtın Nizami rayonu, Metropolitenin “Koroğlu” stansiyası yaxınlığında ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 28 aprel tarixində Qafqazinfo-ya istinadən xəbər verir.
Heydər Əliyev prospektindən yolu keçmək istəyən 29 yaşlı Rəsul Yusifovu avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.