Bakının Nizami rayonunda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə Əli Vəliyev küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında qeydə alınıb. 1 nəfər şəxs binanın 5-ci mərtəbəsində liftdə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Sakin xilas edilib.