Bakıda qadın meyiti tapılıb. Bu barədə 30 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN qaynar xəttinə Bakının Nizami rayonunda bir nəfərin bağlı qapı arxasında qaldığı barədə məlumat daxil olub. FHN-in əməkdaşları qapını açandan sonra mənzildə qadın meyitini aşkar ediblər. Dünyasını dəyişən şəxs 73 yaşlı Taisa Surkovadır.
Meyit aidiyyəti üzrə təhvil verilib.