Paytaxtın Nizami rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb. Bu haqda bu gün, 1 iyul tarixində Report məlumat verib.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 34 yaşlı Səma İskəndərova və 57 yaşlı Gözəl Bağırova xəsarət alıblar. Hər iki qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.