Paytaxtın Nizami rayonunda 6 avtomobilə qəsdən ziyan vuran şəxs tutulub. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istnadən xəbər verir.
Bakı şəhər sakini Ramil Quliyev rayonun B.Nuriyev küçəsində “Nissan” markalı avtomobilin nömrələrini çıxararaq yerə atıb, daha sonra qanad və qapılarını cızıb. O, nəqliyyat vasitəsinə 2200 AZN dəyərində ziyan vurub.
Bundan əlavə, o həmin gün eyni küçədə daha 5 avtomobili cızaraq onlara ümumliikdə 1600 AZN dəyərində ziyan vurub.
Faktla bağlı araşdırmaya başlanılıb.