Bakının Nizami rayonunda narkokuryerlər saxlanılıblar. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az Daxili işlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 34 yaşlı Orxan Məmmədov və 39 yaşlı Ramin Səbbaqi saxlanılıblar.
Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən ümumilikdə 12 kiloqram narkotik aşkarlanıb. Ondan 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7 kiloqram marixuana və 350 psixotrop tərkibli metadon həbi götürülüb.
Ramin Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Orxan Məmmədov paytaxt ərazisində taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.