Bakının Nizami rayonunda yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Polis bölməsinə müraciət etmiş A.Əsədovadan əldə olunan məlumata əsasən, 16 yaşlı qızı mayın 14-də saat 9 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Qızın axtarışları polis əməkdaşları tərəfindən həyata keçirilir.