Bakının Nizami rayonu, Nəsimi küçəsində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma “Mercedes” markalı avtomobilin salon hisəssində başlayıb. Daha sonra alov yaxınlıqda olan eyni markalı digər nəqliyyət vasitəsinə keçib. Nəticədə birinin salonunu, digərinin isə salonu və 1 ədəd arxa təkərinə ziyan dəyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Hadisə ilə bağlı görüntülər: