Nizami rayonunda aptekə silahlı basqın olub. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Qara Qarayev prospekti, 81 ünvanında baş verib. 2 nəfər naməlum şəxs tibbi maska taxaraq “Yıldızlar” adlanan aptekə daxil olub, satıcını bıçaqla hədələyiblər. Onlar kassadan 173 AZN pul götürərək qaçıblar.
Faktla bağlı cinayət işi başlanılıb.