Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən ərazidə “Prius” markalı 2 nəqliyyat vasitəsi toqquşub. Avtomobillərdən birinə ciddi maddi ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmaya başlanılıb.