Bakıda gənc oğlan beşinci mərtəbədən yıxılıb. Bu haqda 27 iyun tarixində Lent.az məlumat verib.
Nizami rayonu, Qara Qarayev prospektində yerləşən beşmərtəbəli binada yaşayan 25 yaşlı Fərid Səmədbəyli beşinci mərtəbənin eyvanında ehtiyatsız davrandığına görə yerə düşüb. Səmədbəyli bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alaraq, ağır vəziyyətdə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.