Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 4 aprel tarixində xəbər verir.
Paytaxtın Nizami rayonunda, "8-ci kilometr bazarı" adlanan ərazidə 28 yaşlı Sərdar Soltanov aralarında yaranmış münaqişə zəminində yaşıdı, Xaçmaz rayon sakini Orxan Vahabzadəni bıçaqlayıb.
Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.