Paytaxtın Nizami rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 30 kv.m olan mənzildə başlayıb. Nəticədə 1 ədəd dolab və divar kağızı 3 kv.m sahədə kül olub. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.