Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən binada oğlan anası ilə mübahisə səbəbindən özünü asıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
31 yaşlı Yolçu Zeynalov, anası ona xoşagəlməz söz dediyinə görə özünü asmaq istəyib. Ancaq ana övladını xilas etməyi bacarıb.
Y.Zeynalov hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.