Bakının Nizami rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
34 yaşlı İlyas Məmmədov motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub. İ.Məmmədov təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.