Nizami rayonunda kişi öz evində ölü tapılıb. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Kamil Balakişiyev küçəsi, 49 ünvanında baş verib. 37 yaşlı Sərvər Qayıblı öz yaşadığı evdə qaz borusundan asılı vəziyyətdə tapılıb. Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.