Nizami rayonunda açıq ərazi yanıb. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma nəticəsində 50 kv.m sahədə quru ot, eləcə də 7 ədəd şam ağacı yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən şadlıq sarayının qazanxanasına ziyan dəyib. Qazanxananın plastikdən olan navalçaları əriyib. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.