Bakının Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ərazidə yerləşən anbarda qeydə alınıb. Ümumi sahəsi 200 kv.m olan tikilinin şüşə pambıqdan ibarət divar üzlüyü 30 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.