Bakının Nizami rayonunda piyada vurulub. Bu haqda bu gün, 31 mart tarixində Report məlumat verib.
41 yaşlı Səlimə Məhərrəmova yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralı açıq kəllə-beyin travması və baş-beyinin əziyi ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.