Nizami rayonunda avtomobil piyadanı vurub. Bu haqda 1 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Bu gün gecə saat 01:40-da Babək prospekti, "Modern Hospital"-ın qarşısında Ağdaş rayon sakini 28 yaşlı Bəhmən Salmanov idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə şəxsiyyəti məlum olmayan 40 yaşlı kişini vurub. Yaralı müxtəlif xəsarətlərlə adıçəkilən tibb məssisəsinə yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, o, 15 dəqiqə sonra orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.