Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb. Bu haqda 2 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nizami rayonunda “BMW” markalı avtomobildən 750 manat və 150 ABŞ dolları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş iki nəfər - Yardımlı rayon sakini R.Alışanov və Gədəbəy rayon sakini B.Nağızadə saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.