Paytaxtın Nizami rayonunda yaşlı qadını avtomobil vurub. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Avtomobil yolunu keçən 67 yaşlı Sevda Mövsümovanı nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sol qolunun sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.