Bakının Nizami rayonunda vətəndaşda narkotik aşkarlanıb. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayonun polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində İsabala Hüseynov saxlanılıb. O, müxtəlif vaxtlarda 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinir, həmçinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi” maddəsi ilə axtarışda olub.
Saxlanılan şəxsdən heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılıb.