Bakının Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Pilləkən qəfəsinin 4-cü mərtəbəsində quraşdırılan elektrik lövhəsi yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.