Bakıda 4 oğru saxlanılıb. Bu haqda 12 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Nizami rayonunda martın 11-də 4 nəfər R.Veyisovu döyərək 40 manat pulunu və mobil telefonununu əlindən alıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri B.Kərimov, N.Novruzov, Ə.Kazımov və R.İbrahimzadə müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.